Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,1%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 1,4%, S&P 500 1,1%, Nasdaq 0,5% yüksəlib
# 27 oktyabr 2011 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 11 869 bəndədək, S&P 500 1,1% - 1 242 bəndədək, Nasdaq 0,5% - 2 651 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə bir sıra iri şirkətlərin müsbət hesabatları təsir edib.
Avropa fond bazarlarında oktyabrın 26-da FTSE 100 indeksi 0,5% - 5 553 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,5% - 6 016 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 3 170 bəndədək enib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 725,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3971 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR