Bank Of Baku

Dow Jones indeksi 2,9%, S&P 500 3,4%, Nasdaq 3,3% yüksəlib

Dow Jones indeksi 2,9%, S&P 500 3,4%, Nasdaq 3,3% yüksəlib
# 28 oktyabr 2011 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 2,9% - 12 209 bəndədək, S&P 500 3,4% - 1 285 bəndədək, Nasdaq 3,3% - 2 739 bəndədək yüksəlib.
«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə Avropa Şurasının sammitinin yekunları təsir edib. Xatırladaq ki, oktyabrın 27-də keçirilmiş bu sammitdə Avropa ölkələri liderləri borc böhranının aradan qaldırılmasına dair planı qəbul ediblər.

Avropa fond bazarlarında oktyabrın 27-də FTSE 100 indeksi 2,9% - 5 714 bəndədək, Almaniya DAX-ı 5,4% - 6 338 bəndədək, Fransa CAC-40-ı isə 6,3% - 3 369 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 743,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4172 (+1,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR