Bank Of Baku

BFB-da 10801232S seriyalı 2 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-da 10801232S seriyalı 2 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 28 oktyabr 2011 15:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10801232S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 mln. manat təşkil edib. Sifariş 100,00% (gəlirlik 5,00%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 100,00% (gəlirlik 5,00%) səviyyəsində emitent tərəfindən müəyyən edilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2014-cü ilin oktyabrın 24-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR