Bank Of Baku

Dow Jones indeksi 2,3%, S&P 500 2,5%, Nasdaq 1,9% enib

Dow Jones indeksi 2,3%, S&P 500 2,5%, Nasdaq 1,9% enib
# 01 noyabr 2011 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 31-də Amerika fond bazarında Dow Jones indeksi 2,3% - 11 955 bəndədək, S&P 500 2,5% - 1 253 bəndədək, Nasdaq 1,9% - 2 684 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən xarici amillər təsir edib. Belə ki, Avropa ölkələrinin hökumətləri öz bank sektorları qarşısında təkrar kapitallaşma ilə bağlı tələblər qoyub. Fond bazarları investorları isə bu tələblərin yerinə yetiriləcəyinə şübhə ilə yanaşırlar.
Avropa fond bazarlarında oktyabrın 31-də FTSE 100 indeksi 2,8% - 5 544 bəndədək, Almaniya DAX-ı 3,2% - 6 142 bəndədək, Fransa CAC-40-ı isə 3,2% - 3 243 bəndədək enib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 719,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3802 (-1,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR