Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0244 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0244 təşkil edib
# 02 noyabr 2011 06:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq noyabr ayının 2-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0243 və ya 2,4% artıb və 1,0244-ə bərabər olub.

Noyabrın 1-də ipoteka istiqrazların daha bir tranşı yerləşdirilib ki, nəticədə bazar kapitallaşması 5 mln. manat artıb. Bu, AMFBI indeksinin artmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR