Bank Of Baku

Dow Jones indeksi 2,5%, S&P 500 2,8%, Nasdaq 2,9% enib

Dow Jones indeksi 2,5%, S&P 500 2,8%, Nasdaq 2,9% enib
# 02 noyabr 2011 06:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 2,5% - 11 660 bəndədək, S&P 500 2,8% - 1 219 bəndədək, Nasdaq 2,9% - 2 607 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə xarici amillər təsir edib. İlk növbədə bunların sırasında investorların Yunanıstanda keçiriləcək referendumun ölkənin defoltla nəticələnməsi ehtimallarını qeyd etmək olar.

Avropa fond bazarlarında noyabrın 1-də FTSE 100 indeksi 2,2% - 5 422 bəndədək, Almaniya DAX-ı 5,0% - 5 835 bəndədək, Fransa CAC-40-ı isə 5,4% - 3 068 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 723,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3712 (-0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR