Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,6%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 1,5%, S&P 500 1,6%, Nasdaq 1,3% yüksəlib
# 03 noyabr 2011 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 11 836 bəndədək, S&P 500 1,6% - 1 238 bəndədək, Nasdaq 1,3% - 2 640 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi Federal Ehtiyat Sisteminin başçısı Ben Bernankenin ölkədə monetar siyasətin müəyyən dərəcədə yumşaldılmasının mümkünlüyü barədə bəyanatından sonra baş verib.

Avropa fond bazarlarında noyabrın 2-də FTSE 100 indeksi 1,2% - 5 484 bəndədək, Almaniya DAX-ı 2,3% - 5 966 bəndədək, Fransa CAC-40-ı isə 1,4% - 3 111 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 732,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3700 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR