Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1,2%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1,2%, Nasdaq 1,2% yüksəlib
# 09 noyabr 2011 07:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 170 bəndədək, S&P 500 1,2% - 1 276 bəndədək, Nasdaq 1,2% - 2 728 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra iri şirkətlərin müsbət hesabatları təsir edib.
Avropa fond bazarlarında noyabrın 8-də FTSE 100 indeksi 1,0% - 5 567 bəndədək, Almaniya DAX-ı 0,6% - 5 961 bəndədək, Fransa CAC-40-ı isə 1,3% - 3 143 bəndədək yüksəlib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 790,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3820 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR