Bank Of Baku

Dow Jones indeksi 3,2%, S&P 500 3,7%, Nasdaq 3,9% enib

Dow Jones indeksi 3,2%, S&P 500 3,7%, Nasdaq 3,9% enib
# 10 noyabr 2011 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 3,2% - 11 781 bəndədək, S&P 500 3,7% - 1 229 bəndədək, Nasdaq 3,9% - 2 622 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına xarici amillər təsir edib. İlk növbədə buraya İtaliyanın 10 illik istiqrazlarının gəlirliyinin rekord olan 7%-lik səviyyəyə çatması aiddir ki, bu fakt fond birjalarında enmə tendensiya yaranıb.
Avropa fond bazarlarında noyabrın 9-da FTSE 100 indeksi 1,9% - 5 460 bəndədək, Almaniya DAX-ı 2,2% - 5 830 bəndədək, Fransa CAC-40-ı isə 2,2% - 3 075 bəndədək enib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% azalaraq 1 761,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3551 (-2,0%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR