Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 3 510,4 min manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 3 510,4 min manatlıq notları yerləşdirilib
# 11 noyabr 2011 09:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104430S seriyalı, ümumi həcmi 20 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 3 510,4 min manat təşkil edib. Sifarişlər 99,7711% (gəlirlik 3,06%) – 99,7670% (gəlirlik 3,11%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7670% (gəlirlik 3,11%), orta ölçülmüş qiymət isə 99,7689% (gəlirlik 3,09%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 3 510,4 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən dekabrın 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR