Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9364, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9364, AMFBI indeksi 1,0001 təşkil edib
# 11 noyabr 2011 09:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq noyabr ayının 11-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0636 bənd və ya 6,4% azalaraq 0,9364 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

Noyabrın 10-da notların bir buraxılışı dövriyyədən çıxarılıb və bir buraxılışı yerləşdirilib. Dövriyyədən çıxarılan buraxılışın həcmi 4,5 mln. manat, yerləşdirilən buraxılışın həcmi isə 3,5 mln. manat olduğundan, bazarın kapitallaşması azalıb və bu, ACBDI indeksinin azalmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR