Bank Of Baku

AGBI indeksi 1,0063, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0063, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 14 noyabr 2011 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0062 bənd və ya 0,6% artaraq noyabr ayının 14-nə 1,0063 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0636 bənd və ya 6,8% artaraq 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
Noyabrın 11-də dövlət istiqrazlarının bir buraxılışı dövriyyədən çıxarılıb və iki buraxılış yerləşdirilib. Dövriyyədən çıxarılan buraxılışın həcmi 5 mln. manat, yerləşdirilən buraxılışların həcmi isə 6 mln. manat olduğuna görə, bazarın kapitallaşması artıb və bu, AGBI indeksinin artmasına səbəb olub.
ACBDI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR