Bank Of Baku

Dow Jones indeksi 2,2%, S&P 500 2,0%, Nasdaq 2,0% yüksəlib

Dow Jones indeksi 2,2%, S&P 500 2,0%, Nasdaq 2,0% yüksəlib
# 14 noyabr 2011 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 2,2% - 12 154 bəndədək, S&P 500 2,0% - 1 264 bəndədək, Nasdaq 2,0% - 2 679 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə xarici xəbərlər təsir edib. O cümlədən, Yunanıstanda yeni hökumətin formalaşması və İtaliyada senat tərəfindən iqtisadiyyatın sabitləşməsinə dair təkliflərin təsdiqlənməsi bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Avropa fond bazarlarında noyabrın 11-də FTSE 100 indeksi 1,9% - 5 545 bəndədək, Almaniya DAX-ı 3,2% - 6 057 bəndədək, Fransa CAC-40-ı isə 2,8% - 3 149 bəndədək yüksəlib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% artaraq 1 792,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3764 (+1,0%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR