Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 1,0%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,6%, S&P 500 1,0%, Nasdaq 0,8% enib
# 15 noyabr 2011 08:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 079 bəndədək, S&P 500 1,0% - 1 252 bəndədək, Nasdaq 0,8% - 2 657 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə İtaliya və Yunanıstan üzrə mənfi makroiqtisadi xəbərlər səbəb olub.

Avropa fond bazarlarında noyabrın 14-də FTSE 100 indeksi 0,5% - 5 519 bəndədək, Almaniya DAX-ı 1,2% - 5 985 bəndədək, Fransa CAC-40-ı isə 1,3% - 3 109 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% azalaraq 1 770,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3614 (-1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR