Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,5%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,5%, Nasdaq 1,1% yüksəlib
# 16 noyabr 2011 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 096 bəndədək, S&P 500 0,5% - 1 258 bəndədək, Nasdaq 1,1% - 2 686 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə ABŞ-da pərakəndə ticarətin artması barədə statistik məlumatlar və İtaliyada yeni hökumətin tezliklə formalaşması barədə ehtimallar təsir edib.
Avropa fond bazarlarında noyabrın 15-də FTSE 100 indeksi 0,03% - 5 517 bəndədək, Almaniya DAX-ı 0,9% - 5 933 bəndədək, Fransa CAC-40-ı isə 1,9% - 3 049 bəndədək enib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 769,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3451 (-1,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR