Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 8 709,5 min manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 8 709,5 min manatlıq notları yerləşdirilib
# 16 noyabr 2011 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104530S seriyalı, ümumi həcmi 25 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 8 709 500 manat təşkil edib. Sifarişlər 99,7745% (gəlirlik 2,91%) – 99,7571% (gəlirlik 3,13%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7571% (gəlirlik 3,13%), orta ölçülmüş qiyməti isə 99,7690% (gəlirlik 2,98%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 8 709,5 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin dekabrın 14-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR