Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,2151, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,2151, AMFBI indeksi 1,0001 təşkil edib
# 17 noyabr 2011 06:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq noyabr ayının 17-nə 1,0001 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,2151 bənd və ya 21,5% artaraq 1,2151 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
Noyabrın 16-da 5,5 mln. manatlıq notlar buraxılışı dövriyyədən çıxarılıb və 8,7 mln. manatlıq buraxılış yerləşdirilib. Nəticədə bazar kapitallaşması artıb ki, bu da ACBDI indeksinin artmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR