Bank Of Baku

Dow Jones indeksi 1,6%, S&P 500 1,7%, Nasdaq 1,7% enib

Dow Jones indeksi 1,6%, S&P 500 1,7%, Nasdaq 1,7% enib
# 17 noyabr 2011 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 11 907 bəndədək, S&P 500 1,7% - 1 237 bəndədək, Nasdaq 1,7% - 2 640 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə investorların arasında Avropa ölkələrinin iqtisadi vəziyyəti barədə mənfi ehtimallar təsir edib.
Avropa fond bazarlarında noyabrın 16-da FTSE 100 indeksi 0,2% - 5 509 bəndədək, Almaniya DAX-ı 0,3% - 5 913 bəndədək enib, Fransa CAC-40-ı isə 0,5% - 3 065 bəndədək yüksəlib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 762,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3484 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR