Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,7%, Nasdaq 2,0% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,7%, Nasdaq 2,0% enib
# 18 noyabr 2011 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 11 771 bəndədək, S&P 500 1,7% - 1 216 bəndədək, Nasdaq 2,0% - 2 588 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında investorların arasında Avropa ölkələrinin iqtisadi vəziyyəti barədə mənfi ehtimalların təsiri hələ də davam edir.

Avropa fond bazarlarında noyabrın 17-də FTSE 100 indeksi 1,6% - 5 423 bəndədək, Almaniya DAX-ı 1,1% - 5 850 bəndədək, Fransa CAC-40-ı isə 1,8% - 3 010 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,4% azalaraq 1 720,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3479 (-0,04%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR