Bank Of Baku

Dow Jones indeksi 2,1%, S&P 500 1,9%, Nasdaq 1,9% enib

Dow Jones indeksi 2,1%, S&P 500 1,9%, Nasdaq 1,9% enib
# 22 noyabr 2011 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 11 547 bəndədək, S&P 500 1,9% - 1 193 bəndədək, Nasdaq 1,9% - 2 523 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi bir sıra mənfi makroiqtisadi xəbərlərin təsiri altında baş verib.

Avropa fond bazarlarında noyabrın 21-də FTSE 100 indeksi 2,6% - 5 223 bəndədək, Almaniya DAX-ı 3,4% - 5 606 bəndədək, Fransa CAC-40-ı isə 3,4% - 2 895 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,2% azalaraq 1 684,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3487 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR