Bank Of Baku

BFB-da 10306431S seriyalı 1 804,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10306431S seriyalı 1 804,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 22 noyabr 2011 15:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10306431S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 1 804 200 manat təşkil edib. Sifarişlər 98,62% (gəlirlik 2,81%) – 98,35% (2,99%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,53% (2,99%), orta ölçülmüş qiyməti isə 98,55% (2,95%) səviyyəsində emitent tərəfindən müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 804,2 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin mayın 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR