Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,3318, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,3318, AMFBI indeksi 1,0001 təşkil edib
# 24 noyabr 2011 06:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0151 bənd və ya 1,5% artaraq noyabr ayının 24-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,3318 və ya 33,2% artıb və 1,3318 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması bazarın kapitallaşmasının genişlənməsi səbəbindən baş verib. Belə ki, noyabrın 23-də 1,8 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb və 10 mln. manatlıq buraxılış yerləşdirilib.

AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR