Bank Of Baku

Dow Jones indeksi 2,1%, S&P 500 2,2%, Nasdaq 2,4% enib

Dow Jones indeksi 2,1%, S&P 500 2,2%, Nasdaq 2,4% enib
# 24 noyabr 2011 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 11 258 bəndədək, S&P 500 2,2% - 1 162 bəndədək, Nasdaq 2,4% - 2 460 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə Avropa iqtisadiyyatın vəziyyəti barədə mənfi xəbərlər və Çinin bir sıra mənfi makroiqtisadi göstəriciləri səbəb olub.

Avropa fond bazarlarında noyabrın 23-də FTSE 100 indeksi 1,3% - 5 140 bəndədək, Almaniya DAX-ı 1,4% - 5 458 bəndədək, Fransa CAC-40-ı isə 1,7% - 2 822 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 695,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3375 (-0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR