Bank Of Baku

Avropa fond indeksləri enib

Avropa fond indeksləri enib
# 25 noyabr 2011 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avropa fond bazarlarında noyabrın 24-də FTSE 100 indeksi 0,1% - 5 136 bəndədək, Almaniya DAX-ı 0,4% - 5 438 bəndədək, Fransa CAC-40-ı isə 0,01% - 2 822 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, buna əsas səbəb «Fitch» agentliyi tərəfindən Portuqaliyanın reytinqinin bir pillə aşağı salınması olub.

Noyabrın 23-də Şükranlıq bayramı münasibəti ilə Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Xatırladaq ki, əvvəlki ticarət gününün nəticəsində Dow Jones indeksi 2,1% - 11 258 bəndədək, S&P 500 2,2% - 1 162 bəndədək, Nasdaq 2,4% - 2 460 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,05% azalaraq 1 695,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3312 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR