Bank Of Baku

BFB-da 10801332S seriyalı 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-da 10801332S seriyalı 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 25 noyabr 2011 15:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10801333S seriyalı, dövlət qeydiyyatından keçmiş, dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 000 000 manat təşkil edib. Sifariş 100,10% qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 100,10% səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə faiz gəlirliyi 5,00% təşkil edir.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2014-cü il noyabrın 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR