Bank Of Baku

BFB-da 10502033S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-da 10502033S seriyalı 3 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 25 noyabr 2011 15:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10502033S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 4 896 400 manat təşkil edib. Sifarişlər 100,08% və 100,00% qiymətdə təqdim olunub. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə faiz gəlirliyi 4% təşkil edir.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci il noyabrın 23-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR