Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,8% enib
# 28 noyabr 2011 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 232 bəndədək, S&P 500 0,3% - 1 159 bəndədək, Nasdaq 0,8% - 2 442 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə bir sıra mənfi makroiqtisadi göstəricilər səbəb olub.

Avropa fond bazarlarında noyabrın 25-də FTSE 100 indeksi 0,7% - 5 165 bəndədək, Almaniya DAX-ı 1,2% - 5 493 bəndədək, Fransa CAC-40-ı isə 1,2% - 2 857 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 709,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3295 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR