Bank Of Baku

BFB-də Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib
# 28 noyabr 2011 15:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılıb. Hərracda sifarişlər 2 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 6,340 mln. manat təşkil edib. Sifarişlər 100,4583% qiyməti ilə təqdim olunub. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2018-ci ilin avqustun 28-də icra olunacaq.

Qeyd edək ki, AİF-in dördüncü emissiyasının ümumi həcmi 20 mln. manat, bir istiqrazın nominal dəyəri 1 min manat, tədavül müddəti 2 520 gün, istiqrazlar üzrə illik faiz dərəcəsi isə 3% təşkil edir. İstiqrazların yerləşdirilməsinə cari ilin sentyabr ayının 23-də başlanılıb ki, indiyədək 14 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan üç buraxılış tam yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR