Bank Of Baku

Dow Jones indeksi 2,6%, S&P 500 2,9%, Nasdaq 3,5% yüksəlib

Dow Jones indeksi 2,6%, S&P 500 2,9%, Nasdaq 3,5% yüksəlib
# 29 noyabr 2011 07:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 2,6% - 11 523 bəndədək, S&P 500 2,9% - 1 193 bəndədək, Nasdaq 3,5% - 2 527 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə pərakəndə ticarətdə kəskin artım təsir edib. Belə ki, noyabrın 25-də ölkədə Milad Bayramı ərəfəsində kütləvi satışlar başlanıb və təkcə son istirahət günləri ərzində pərakəndə ticarətin həcmi ötən illə müqayisədə 16% artaraq 52,4 mlrd. dollar təşkil edib.

Avropa fond bazarlarında noyabrın 28-də FTSE 100 indeksi 2,9% - 5 313 bəndədək, Almaniya DAX-ı 4,6% - 5 745 bəndədək, Fransa CAC-40-ı isə 5,5% - 3 013 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 716,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3370 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR