Bank Of Baku

Dow Jones indeksi 4,2%, S&P 500 4,3%, Nasdaq 4,2% yüksəlib

Dow Jones indeksi 4,2%, S&P 500 4,3%, Nasdaq 4,2% yüksəlib
# 01 dekabr 2011 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Noyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 4,2% - 12 046 bəndədək, S&P 500 4,3% - 1 247 bəndədək, Nasdaq 4,3% - 2 620 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi xəbərlər təsir edib.

Avropa fond bazarlarında noyabrın 30-da FTSE 100 indeksi 3,2% - 5 505 bəndədək, Almaniya DAX-ı 5,0% - 6 089 bəndədək, Fransa CAC-40-ı isə 4,2% - 3 155 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 750,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3463 (+1,0%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR