Bank Of Baku

Bakı Fond Birjasında “Thompson Reuters” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Bakı Fond Birjasında “Thompson Reuters” şirkətinin nümayəndələri ilə görüş keçirilib
# 02 dekabr 2011 15:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bakı Fond Birjasında (BFB) birja rəhbərliyi ilə “Thompson Reuters” şirkətinin London və Türkiyə ofislərinin nümayəndələri ilə görüş keçirilib.

APA-Economics”in məlumatına görə, görüşün əsas məqsədi BFB və “Thompson Reuters” arasında əməkdaşlığın növbəti mərhələlərinin müzakirəsi olub.

Görüşdə “Reuters”in Azərbaycan maliyyə sektoru, xüsusilə bank sahəsi ilə işbirliyinə toxunulub, yerli kapital bazarının gələcək inkişafında “Thompson Reuters”lə əməkdaşlıq müstəvisinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dünyanın 100-dən çox ölkəsində 55 mindən artıq əməkdaşı olan “Thompson Reuters” dünya ictimaiyyətini qlobal xəbərlərlə təchiz edən dünyanın ən nüfuzlu informasiya agentliklərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR