Bank Of Baku

Dow Jones indeksi 0,01%, S&P 500 0,02% enib, Nasdaq 0,03% yüksəlib

Dow Jones indeksi 0,01%, S&P 500 0,02% enib, Nasdaq 0,03% yüksəlib
# 05 dekabr 2011 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 12 019 bəndədək, S&P 500 0,02% - 1 244 bəndədək enib, Nasdaq 0,03% - 2 627 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında mənfi dinamika yaranıb, lakin noyabr ayında işsizliyin əvvəlki ayla müqayisədə 0,4 faiz bəndi azalmaqla 8,6%-ə çatması barədə məlumat bazarda mənfi dinamikanı daha kəskin olmasına imkan verməyib.

Avropa fond bazarlarında dekabrın 2-də FTSE 100 indeksi 1,2% - 5 552 bəndədək, Almaniya DAX-ı 0,7% - 6 081 bəndədək, Fransa CAC-40-ı isə 1,1% - 3 165 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 749,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3403 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR