Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 1,0%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 1,0%, Nasdaq 1,1% yüksəlib
# 06 dekabr 2011 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 098 bəndədək, S&P 500 1,0% - 1 257 bəndədək, Nasdaq 1,1% - 2 656 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına xarici amillər təsir edib. Belə ki, Almaniya və Fransa rəhbərlərinin bir sıra Avropa konvensiyalara dəyişikliklər üzrə razılığa gəlməsi bazara müsbət təsir edib. Lakin günün ikinci yarısında bir sıra Avropa ölkələrinin reytinqinin azalması ehtimalı barədə yayılmış məlumatlar müəyyən dərəcədə kotirovkaların artımının qarşısını alıb.

Avropa fond bazarlarında dekabrın 5-də FTSE 100 indeksi 0,3% - 5 568 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 106 bəndədək, Fransa CAC-40-ı isə 1,2% - 3 201 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% azalaraq 1 715,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3371 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR