Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,2% enib
# 07 dekabr 2011 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 150 bəndədək, S&P 500 0,1% - 1 259 bəndədək yüksəlib, Nasdaq 0,2% - 2 650 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında ticarət əməliyyatlarının gedişinə investorlar arasında Avropada borc problemlərinin həllinə dair müəyyən nikbinliyin olması təsir edib.

Avropa fond bazarlarında dekabrın 6-da FTSE 100 indeksi 0,01% - 5 567 bəndədək yüksəlib, Almaniya DAX-ı 1,3% - 6 029 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 3 180 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% artaraq 1 733,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3421 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR