Bank Of Baku

BFB-də Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib

BFB-də Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib
# 07 dekabr 2011 15:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104830S seriyalı, ümumi həcmi 25 mln. manat, hərraca çıxarılan həcmi 15 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 21 532 100 manat təşkil edib. Sifarişlər 99,8000% (gəlirlik 2,49%) - 99,7309% (gəlirlik 3,35%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7613% (gəlirlik 2,97%), orta ölçülmüş qiyməti isə 99,7707% (gəlirlik 2,85%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin yanvarın 5-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR