Bank Of Baku

Dow Jones indeksi 1,6%, S&P 500 2,1%, Nasdaq 2,0% enib

Dow Jones indeksi 1,6%, S&P 500 2,1%, Nasdaq 2,0% enib
# 09 dekabr 2011 07:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 1 998 bəndədək, S&P 500 2,1% - 1 234 bəndədək, Nasdaq 2,0% - 2 596 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına xarici amillər təsir edib. O cümlədən, Avropa İttifaqının dövlət və hökumət başçılarının bu gün başlayan sammitindən əvvəl investorlar arasında nikbinlik olmayıb.

Avropa fond bazarlarında dekabrın 8-də FTSE 100 indeksi 1,1% - 5 484 bəndədək, Almaniya DAX-ı 2,0% - 5 874 bəndədək, Fransa CAC-40-ı isə 2,5% - 3 096 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% azalaraq 1 713,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3323 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR