Bank Of Baku

BFB-də Maliyyə Nazirliyinin 10502133S seriyalı GDİ emissiyasının yerləşdirilməsi üzrə hərrac keçirilib

BFB-də Maliyyə Nazirliyinin 10502133S seriyalı GDİ emissiyasının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 09 dekabr 2011 16:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10502133S saylı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, sifarişlər 4 investor tərəfindən təqdim olunub və sifarişlərin nominal üzrə ümumi məbləği 9 267 100 manat təşkil edib.

Sifarişlər 100,11% və 100,00% qiymət intervalında təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində, o cümlədən 797 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla müəyyən edilib.

İstiqrazlar üzrə faiz gəlirliyi 4% təşkil edir. İstiqraz vərəqələrinin ödəmə tarixi 2012-ci ilin dekabrın 7-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR