Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,5%, Nasdaq 1,3% enib

Dow Jones indeksi 1,3%, S&P 500 1,5%, Nasdaq 1,3% enib
# 13 dekabr 2011 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 12 022 bəndədək, S&P 500 1,5% - 1 237 bəndədək, Nasdaq 1,3% - 2 612 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına yenidən xarici amillər təsir edib. İlk növbədə beynəlxalq reytinq agentliyinin borc böhranı ilə mübarizə addımları yaxın zamanlarda real nəticə əldə olunmasa Avrozona ölkələrinin reytinqlərinin azalması mümkünlüyü barədə bəyanatları investorlar tərəfindən müfaviq olaraq mənfi qarşılanıb.

Avropa fond bazarlarında dekabrın 12-də FTSE 100 indeksi 1,8% - 5 428 bəndədək, Almaniya DAX-ı 3,4% - 5 785 bəndədək, Fransa CAC-40-ı isə 2,6% - 3 090 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 3,3% azalaraq 1 660,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3195 (-1,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR