Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,9%, Nasdaq 1,3% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,9%, Nasdaq 1,3% enib
# 14 dekabr 2011 06:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Dekabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 11 955 bəndədək, S&P 500 0,9% - 1 226 bəndədək, Nasdaq 1,3% - 2 579 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına yenidən xarici amillər təsir edib. İlk növbədə beynəlxalq reytinq agentliyinin yaxın zamanlarda borc böhranı ilə mübarizə addımlarının real nəticə verməyəcəyi təqdirdə Avrozona ölkələrinin reytinqlərinin azaldılmasının mümkünlüyü barədə bəyanatları investorlar tərəfindən mənfi qarşılanıb.

Avropa fond bazarlarında dekabrın 13-də FTSE 100 indeksi 1,1% - 5 490 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 5 774 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 3 078 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 642 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3026 (-1,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR