Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 11 222,2 min manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 11 222,2 min manatlıq notları yerləşdirilib
# 14 dekabr 2011 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104930S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 11 222 200 manat təşkil edib. Sifarişlər 99,7980% (gəlirlik 2,60%) – 99,7672% (gəlirlik 3,00%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7672% (gəlirlik 3,00%), orta ölçülmüş qiyməti isə 99,7848% (gəlirlik 2,77%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 11 222,2 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci il yanvarın 11-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR