Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,1%, Nasdaq 1,6% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,1%, Nasdaq 1,6% enib
# 15 dekabr 2011 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 11 824 bəndədək, S&P 500 1,1% - 1 212 bəndədək, Nasdaq 1,6% - 2 539 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə səbəb kimi Avropadakı borc böhranının dünyaya yayılması ehtimallarını qeyd etmək olar.

Avropa fond bazarlarında dekabrın 14-də FTSE 100 indeksi 2,3% - 5 367 bəndədək, Almaniya DAX-ı 1,7% - 5 675 bəndədək, Fransa CAC-40-ı isə 3,3% - 2 976 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 4,0% azalaraq 1 576,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2988 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR