Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3%, Nasdaq 0,1% yüksəlib
# 16 dekabr 2011 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 11 869 bəndədək, S&P 500 0,3% - 1 216 bəndədək, Nasdaq 0,1% - 2 541 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən iki amil təsir edib. İlk növbədə ötən həftə ərzində ölkədə işsizlik üzrə ilkin müraciətlərin sayının 19 min azalması barədə məlumat bazara yüksəldici, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardın bəyanatı isə endirici təsir edib. Xatırladaq ki, K.Laqard ABŞ Dövlət Departamentində çıxış edərkən dünya iqtisadiyyatının perspektivlərini «son dərəcədə qaranlıq» kimi qiymətləndirib və qeyd edib ki, dünyanın heç bir ölkəsi kəskinləşə biləcək böhrandan qorunmayıb.

Avropa fond bazarlarında dekabrın 15-də FTSE 100 indeksi 0,6% - 5 401 bəndədək, Almaniya DAX-ı 1,0% - 5 731 bəndədək, Fransa CAC-40-ı isə 0,8% - 2 999 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 587,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3031 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR