Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1,2%, Nasdaq 1,3% enib

Dow Jones indeksi 0,8%, S&P 500 1,2%, Nasdaq 1,3% enib
# 20 dekabr 2011 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 11 766 bəndədək, S&P 500 1,2% - 1 205 bəndədək, Nasdaq 1,3% - 2 523 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına xarici amillər, o cümlədən Avropada borc böhranın kəskinləşməsi risklərin artması təsir edib.

Avropa fond bazarlarında dekabrın 19-da FTSE 100 indeksi 0,4% - 5 365 bəndədək, Almaniya DAX-ı 0,5% - 5 671 bəndədək enib, Fransa CAC-40-ı isə 0,1% - 2 974 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 599,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3005 (-0,02%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR