Bank Of Baku

Bu gün Azərbaycan İpoteka Fondunun yeni istiqraz emissiyasının növbəti tranşı hərraca çıxarılacaq

Bu gün Azərbaycan İpoteka Fondunun yeni istiqraz emissiyasının növbəti tranşı hərraca çıxarılacaq
# 20 dekabr 2011 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının dördüncü emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat məbləğində istiqraz çıxarılacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2018-cu ilin avqustun 28-də icra olunacaq.

Qeyd edək ki, AİF-in dördüncü emissiyasının ümumi həcmi 20 mln. manat, bir istiqrazın nominal dəyəri 1 min manat, tədavül müddəti 2 520 gün, istiqrazlar üzrə illik faiz dərəcəsi isə 3% təşkil edir. İstiqrazların yerləşdirilməsinə cari il sentyabrın 23-də başlanılıb ki, indiyədək 14 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan üç buraxılış tam yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR