Bank Of Baku

AGBI indeksi 0,9717, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0142 təşkil edib

AGBI indeksi 0,9717, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0142 təşkil edib
# 21 dekabr 2011 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0284 bənd və ya 2,8% azalaraq dekabr ayının 21-nə 0,9717 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0141 bənd və ya 1,4% artaraq 1,0142-ə bərabər olub.
AGBI indeksinin azalması dekabrın 20-də 4 mln. manat həcmində dövlət istiqrazları buraxılışının dövriyyədən çıxarılması nəticəsində baş verib. AMFBI indeksinin artması isə dekabrın 20-də 3 mln. manatlıq ipoteka istiqrazlarının yeni tranşının yerləşdirilməsi səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR