Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1125, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1125, AMFBI indeksi 1,0001 təşkil edib
# 22 dekabr 2011 08:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0284 bənd və ya 2,9% artaraq dekabr ayının 22-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1125 bənd və ya 11,3% artaraq 1,1125 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0141 bənd və ya 1,4% azalaraq 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması dekabrın 21-də 10 mln. manatlıq not buraxılışının dövriyyədən çıxarılması və 15 mln. manatlıq buraxılışın yerləşdirilməsi nəticəsində bazarın kapitallaşmasının artması səbəbindən baş verib.

AGBI indeksinin artması və AMFBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR