Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq 0,8% yüksəlib
# 23 dekabr 2011 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 170 bəndədək, S&P 500 0,8% - 1 254 bəndədək, Nasdaq 0,8% - 2 600 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına müsbət makroiqtisadi göstəricilər təsir edib. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 4 min azalaraq 364 minə çatıb ki, bu da 2008-ci ilin aprel ayından sonra ən aşağı göstəricidir. Bundan başqa, ABŞ-ın əsas iqtisadi indikatorlarının indeksi noyabrda 0,5% artıb ki, bu da analitiklərin proqnozlarından 0,3 faiz bəndi çox olub.

Avropa fond bazarlarında dekabrın 22-də FTSE 100 indeksi 1,3% - 5 457 bəndədək, Almaniya DAX-ı 1,1% - 5 852 bəndədək, Fransa CAC-40-ı isə 1,4% - 3 072 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 614,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3065 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR