Bank Of Baku

Azərbaycanın mobil rabitə operatoru 40 mln. manatlıq istiqraz buraxıb

Azərbaycanın mobil rabitə operatoru 40 mln. manatlıq istiqraz buraxıb
# 24 dekabr 2011 08:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) mobil rabitə operatoru olan «Bakcell» MMC-nin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 40 min ədəd, emissiyanın ümumi həcmi isə 40 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Bakcell» şirkəti yeni emissiyanın yerləşdirilməsinə yaxın vaxtlarda başlayacaq. Sözügedən qiymətli kağızlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Qeyd edək ki, «Bakcell» şirkəti 1994-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR