Bank Of Baku

Dow Jones indeksi 1,0%, S&P 500 0,9%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 1,0%, S&P 500 0,9%, Nasdaq 0,7% yüksəlib
# 26 dekabr 2011 07:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 12 294 bəndədək, S&P 500 0,9% - 1 265 bəndədək, Nasdaq 0,7% - 2 619 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına müsbət makroiqtisadi göstəricilər təsir edib. Belə ki, noyabr ayında uzunmüddətli istifadə mallarına sifarişlərin həcmi 3,8%, yeni evlərin satışı isə 1,6% artıb.

Avropa fond bazarlarında dekabrın 23-də FTSE 100 indeksi 1,0% - 5 513 bəndədək, Almaniya DAX-ı 0,5% - 5 879 bəndədək, Fransa CAC-40-ı isə 1,0% - 3 102 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 606,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3044 (-0,05%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR