Bank Of Baku

Milad bayramı ilə əlaqədar Amerika və Avropa fond bazarlarında ticarət sessiyaları keçirilməyib

Milad bayramı ilə əlaqədar Amerika və Avropa fond bazarlarında ticarət sessiyaları keçirilməyib
# 27 dekabr 2011 06:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 26-da Amerika və Avropa fond bazarlarında milad bayramı ilə əlaqədar olaraq ticarət sessiyaları keçirilməyib.

«APA-Economics»in məlumatına görə, növbəti ticarət sessiyası bu gün - dekabrın 27-də keçiriləcək.

Qeyd edək ki, dekabrın 23-də Dow Jones indeksi 1,0% - 12 294 bəndədək, S&P 500 0,9% - 1 265 bəndədək, Nasdaq 0,7% - 2 619 bəndədək yüksəlib.
Avropa fond bazarlarında isə dekabrın 23-də FTSE 100 indeksi 1,0% - 5 513 bəndədək, Almaniya DAX-ı 0,5% - 5 879 bəndədək, Fransa CAC-40-ı isə 1,0% - 3 102 bəndədək yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR